Azərbaycanda bu avtovağzal satışa çıxarıldı

16.11.2026

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Mingəçevir avtovağzalı satışa çıxarılıb.

"Bakupost" Xitab24.az-a istinadla bildirir ki, avtovağzal binası kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi dövlət hərracı vasitəsilə satılır.

Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 110 ünvanında yerləşən, 0.0912 ha torpaq sahəsi və üzərindəki binanın hazırda satış qiyməti 637 500 manat təşkil edir.

Avtovağzal binasının hansı səbəbdən hərraca çıxarıldığı hələlik bəlli deyil.

Qeyd edək ki, Mingəçevir Avtovağzalının direktoru Tofiq Rəhimovdur. Onun oğlu Coşqun Rəhimov ötən ilin oktyabrında avtovağzal ərazisində yerləşən hoteldə ölü vəziyyətdə tapılmışdı.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью