Azərbaycanda bu bank kredit faizlərini artırdı Yeni Sabah

05.11.2024

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Expressbank” ötən aydan etibarən kredit faizlərini artırıb. 

“Yeni Sabah” xəbər verir ki, minimal kredit faizini 10,9 %-dən 12%-ə yüksəldib.  Başqa sözlə, bank kredit faizlərini 1,1% bəndi artırıb. Komissiya haqqı isə dəyişməyib və yenə də 3 %-dək nəzərdə tutulub. 

Komissiya haqqı nəzərə alınmaqla  “Expressbank” bu göstərici ilə noyabr ayında Azərbaycanda ən yüksək faizlə kredit təklif edən 6-cı bank olub. Bank ümumilikdə 59 ayadək 40 min manata qədər kredit təklif edir. 

Xatırladaq ki, "Express Bank" 1992-ci ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,85 %-i “Enerqoservis” MMC-yə, 19,98 %-i Hafiz Seyidova, 0,3 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью