Azərbaycanda bu çəkidə uşaq doğuldu

17.01.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda çəkisi altı kiloqram olan qız uşağı doğulub.

Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən bildirilib.

Qeyd edilib ki, yanvaırn 10-u Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız uşağı dünyaya gəlib.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Hazırda körpənin vəziyyəti orta-ağır və ananın vəziyyəti stabil qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью