Azərbaycanda bu ərazilərdə leysan var AÇIQLAMA

06.06.2025

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyunun 6-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Qusarda 24, Qaxda 13, Şirvan və Şamaxıda 10, Qubada 8, Şahdağ, Qobustan və Şəkidə 5, Altıağac, Xaltan, Şabran və Zaqatalada 4, Qəbələ, Neftçala və Balakəndə 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Göyçay, Oğuz, Daşkəsən, Gədəbəy, Şahbuzda 1 mm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 18, Aran rayonlarında 20, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью