Azərbaycanda bu həftə ardıcıl 3 gün istirahət var

22.06.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda bu həftə iş həftəsi qısalır.

Modern.az xəbər verir ki, ölkədə bu həftə cəmi 4 iş günü olacaq, vətəndaşlar isə ardıcıl 3 günlük istirahət imkanı əldə edəcəklər.

Buna səbəb 26 iyun – Silahlı Qüvvələr Gününün cümə gününə təsadüf etməsidir. Qanunvericiliyə əsasən, bu tarix qeyri-iş günü kimi qeyd olunur.

Bunun ardınca gələn 27 iyun şənbə və 28 iyun bazar günlərinə təsadüf etdiyindən, həftəsonu ilə birləşərək ardıcıl istirahət günləri formalaşır.

Beləliklə, bu həftə yalnız 4 iş günü olacaq, 26–28 iyun tarixləri isə qeyri-iş günləri kimi qeyd ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью