Azərbaycanda bu idarələr ləğv olunur

19.03.2026

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın zamanlarda Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin tabeçiliyində olan istintaq idarələri ləğv ediləcək.

Gununsesi.info xəbər verir ki, hər iki qurumun ləğv edilən istintaq idarələri müstəqil Vahid İstintaq Orqanı kimi yenidən formalaşdırılacaq.

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinin tabeçiliyində Əməliyyat-İstintaq Baş İdarəsi, Vergi Xidmətinin tabeçiliyində isə Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamenti fəaliyyət göstərir.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью