Azərbaycanda bu il 100 min hektara yaxın ərazidə pambıq əkilib

14.11.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda bu il 100 min hektara yaxın ərazidə pambıq əkilib.

Bunu “APA-Economics”ə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O bildirib ki, hələlik pambıq yığımı davam edir: “Havaların yağıntılı keçməsi taxıl üçün yaxşı olsa da pambıq üçün zərərlidir. Ona görə də istehsal həcmi ilə bağlı hələlik nəsə demək çətindir”.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 276,1 min ton pambıq yığılıb. Bu isə əvvəlki ilə nisbətən 14% azdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью