Azərbaycanda bu il 2300 ədəd minik avtomobili istehsal edilib

23.11.2026

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2300 ədəd minik avtomobili, 750 ədəd yük avtomobili istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 29.9% (980 ədəd) azalıb, yük avtomobili istehsalı isə 2.7 dəfə artıb.

Cari ilin noyabr ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 238 ədəd minik, 67 ədəd isə yük avtomobili təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью