Azərbaycanda bu il 3 baldan yuxarı zəlzələ ən çox hansı ərazilərdə baş verib?

06.12.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycanda bu ilin 11 ayında (yanvarın 1-dən dekabrın 1-dək - red.) maqnitudası 3 və ondan yuxarı 53 zəlzələ qeydə alınıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, yeraltı təkanlardan 45-nin maqnitudası 3 və 3-dən yuxarı, beşinin maqnitudası 4-dən yuxarı, daha üçü isə 5-dən yuxarı olub.

Həmin dövr ərzində təbiət hadisəsi Xəzər dənizində, Şamaxıda, Saatlı-Sabirabad sərhədində, Ağdaş, Goranboy, İmişli, Lənkəran, Tovuz, Hacıqabul, Lerik, Quba, Göygöl, Biləsuvar, Cəlilabadda, Kəlbəcərdə, Şamaxıda, Laçında, Mingəçevir Su anbarında qeydə alınıb.

Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Zəlzələ ilə bağlı məlumatlar ümumi protokol qaydalarına (maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətin məlumatlandırılması) görə yayılır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью