Azərbaycanda bu il 5,5 mlrd. manatlıq sənaye məhsulu istehsal olunub

13.02.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar ayında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar ayında 5,5 mlrd. manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,6% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 4,5% azalıb, qeyri neft-qaz sektorunda isə 9,9% artıb.

Sənaye məhsulunun 61%-i mədənçıxarma sektorunda, 31,9%-i emal sektorunda, 6,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью