Azərbaycanda bu il 6,5 mln. tondan artıq neft hasil olunub

13.04.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bu ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli” blokunun, 0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.

“Bu dövrdə 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb”, - məlymatda qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью