Azərbaycanda bu il 97 internet resursu bloklanıb SƏBƏB

23.09.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-avqust aylarında qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 97 internet informasiya ehtiyatına məhkəmə qətnaməsi əsasında Azərbaycan ərazisində giriş məhdudlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyindən (MKA) bildirib.
Sözügedən internet informasiya ehtiyatlarında əsasən pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid, qanunvericiliklə müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən, əqli mülkiyyət hüquqlarını pozan məlumatlar yayılıb.
 

Xatırladaq ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununun 13-3-cü maddəsinə əsasən, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi halları müəyyən edildikdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq olunur.


Qanunun 13-3.2-ci maddəsinə əsasən, xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qanunla qadağan olunan informasiya internet informasiya ehtiyatından götürülmədikdə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılmadıqda, müvafiq icra hakimiyyəti orqanı informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edir.
Yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi halları ilə bağlı qanunla müəyyən edilmiş tədbirlər görmək MKA-nın fəaliyyət istiqamətlərindən biridir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью