Azərbaycanda bu il əhalinin yanacaq xərcləri 8% ə yaxın artıb

13.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 785,1 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 7,8% üstələyib.

Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib, bu da illik müqayisədə 5,5% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью