Azərbaycanda bu il sənaye istehsalı artıb

13.12.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-noyabr aylarında 58,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 0,6%, qeyri neft-qaz sektorunda isə 7,2% artıb.

Məlumata görə, sənaye məhsulunun 64,4%-i mədənçıxarma sektorunda, 29,8%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью