Azərbaycanda bu internet provayderləri ləğv EDİLİR

29.11.2024

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Enginet" və "Extranet" MMC-lər "Uninet" MMC-yə qoşulması nəticəsində ləğv edilirlər.

Redaktor.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Belə ki, "Uninet" MMC "Enginet" MMC və "Extranet" MMC-nin ona qoşulması ilə yenidən təşkil edildiyini və adları çəkilən hüquqi şəxslərin hüquqi varisi olduğunu elan edib.

Qeyd edək ki, "Uninet" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 100 010 manat olan şirkətin qanuni təmsilçisi İlqar Şamil oğlu Nəhmədovdur (trend.az). 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью