Azərbaycanda bu istilik sistemlərinin quraşdırılması qadağan ediləcək | Icma.az
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yeni hazırlanmış “İstilik təchizatı haqqında” qanun layihəsinə əsasən, təbii qazla qidalanan fərdi istilik sistemlərinin çoxmənzilli yaşayış binalarında istifadəsinə ciddi məhdudiyyətlər tətbiq ediləcək.
Turkustan.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində öz əksini tapıb.
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazəsiz inşa edilmiş və ya tikilməkdə olan, eləcə də məlumatlandırma icraatı əsasında tikintiyə başlanılmadan aparılan obyektlərin istilik təchizatı şəbəkəsinə qoşulmasına icazə verilməyəcək.
Yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarında isə mənzillərin vahid istilik mənbəyi və ya bir neçə binanı əhatə edən şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulacaq.
Fərdi istilik sistemlərinin layihələndirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda mümkün olacaq.
Binaların şəbəkəyə qoşulması yalnız mənzil mülkiyyətçilərinin və ya onları təmsil edən qurumların yazılı müraciəti ilə həyata keçiriləcək.
Yeni binalarda təbii qazla qidalanan fərdi istilik sistemlərinin qurulmasına və istismarına icazə verilməyəcək.
Tam oxu
Xəbəri oxu