Azərbaycanda bu ittifaq adını dəyişdi

19.07.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı fəaliyyətini artıq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) adı ilə davam etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə ETİHİ-dən bildirilib.

Qeyd olunub ki, bu dəyişiklik elm sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, laboratoriyaların və elm yönümlü ali təhsil qurumlarının əməkdaşlarının təşkilatın fəal üzvləri olması faktını rəsmi və təşkilati baxımdan daha dəqiq ifadə etmək məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью