Azərbaycanda bu ixtisas ləğv olundu RƏSMİ

04.05.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.

Bu barədə "Yeni Sabah"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq. Abituriyentlərin nəzərinə çatdırırıq ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək.

6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);

152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью