Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bunlar arasında kartdakı vəsaitin nağdlaşdırılaşdırılmasına gətirilən qadağa yer alır.
Bir digər məhdudlaşdırıcı şərt isə həmin bank kartı ilə müxtəlif təyinatlı köçürmələrin və ödənişlərin mümkün olmamasıdır.
Belə ki, sözügedən qadağalar kart sahibinin xəstəliyi ilə bağlı ianələrin toplanması zamanı limitlərin aradan qaldırılması halında tətbiq edilir.
Bu halda bank tərəfindən kart ilə yalnız xəstəxana və aptek xərclərinin ödənilməsinə icazə verilir.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov sözügedən məhdudiyyətləri təsdiq edib. O bildirib ki, gətirilən məhdudiyyətlər hər bank tərəfindən individual şəkildə müəyyən oluna bilər.
Xatırladaq ki, Azərbaycanda bu ilin avqustun 1-dən etibarən kartdan-karta köçürmələrə 5 əməliyyat limiti tətbiq olunur.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov xüsusi hallarda kartlara tətbiq olunan limitin aradan qaldırıla biləcəyi ilə bağlı açıqlama verib. Bank sədri bildirib ki, əsaslı səbəblər olduqda vətəndaş banka müraciət edə və sözügedən limitin yığışdırılmasına nail ola bilər.
Könül Vəliyeva