Azərbaycanda bu kənd köçürülür Hazırlıqlar başladı

22.10.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Daşkəsən rayonu Mollahəsənli kəndinin köçürülməsi prosesinə başlanılır.

Axar.az Ölkə.az-a istinadla xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC bununla bağlı hazırlıqlar görür.

Köçürülməsi prosesinin qiymətləndirilməsi “İqlimLTD” MMC-yə tapşırılıb.

Qiymətləndirmə işlərinə 259 min 305 manat xərclənəcək.

Köçürmə işlərinin dağ-mədən sənayesində hasilat layihələri çərçivəsində sənaye obyektlərinin mühafizə zonasına düşən torpaqların və ya yaşayış hissələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı olduğu ehtimal olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью