Azərbaycanda bu kəndlə əlaqə kəsildi FOTO

14.08.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib.

"Bakupost" APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb. Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gün yağan güclü yağışdan sonra Zəyəm çayında selin səviyyəsi kəskin yüksəlib. Hazırda qərb bölgəsinin ucqar rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью