Azərbaycanda bu komandaya texniki məğlubiyyət veriləcək

18.12.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

Azərbaycan 2-ci liqasının 13-cü turunun bu gün keçirilməli olan bir oyunu baş tutmayıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Qusar” – “Şahdağ Qusar” qarşılaşması keçiriilməyib.

Buna "Qusar"ın görüşə gəlməməsi səbəb olub. Bu oyunun nəticəsi ilə bağlı hüquqi qərarı AFFA İntizam Komitəsi tərəfindən veriləcəyi bildirilib. "Qusar"a texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Qeyd edək ki, oyun saat 15:00-da başlamalı idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью