Icma.az bildirir, Azpost saytına əsaslanaraq. Biləsuvar rayonunda fəaliyyət göstərən iri və xırdabuynuzlu heyvanların satış məntəqəsinin (Bi
Bu barədə İqtisadiyyat.az-a bir qrup sahibkar məlumat verib.
Məlumata görə, bu qərar bazarda alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar sahibkarların müraciəti əsasında qəbul edilib.
Belə ki, bazar indiyədək yalnız həftənin 6-cı günü fəaliyyət göstərib.
Amma digər qonşu rayonların mal-qara bazarları da həmin günü fəaliyyət göstərdiyindən bu, bazarda alıcılıq qabiliyyətinə mənfi təsir edib.
Bu səbəbdən bazarda heyvan satışı kəskin şəkildə azalıb. Odur ki, bazarın iş gününün dəyişdirilməsinə qərar verilib.
Hazırda sahibkarların müraciəti əsasında bazarın mənfəətli iş gününün təyin edilməsi ilə bağlı sınaq işlərinə başlanılıb.
Belə ki, ötən həftə bazarın iş günü həftənin 3-cü gününə dəyişdirilib, bu həftə isə bazarın fəaliyyəti 5-ci günə təyin olunub.