Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir. Azərbaycanda avtomobil istehsalında kəskin artım qeyd alınıb.
Belə ki, rəsmi məlumata görə, ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-sentyabr aylarında 562,3 milyon manatlıq məhsul istehsal edilib.Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 faiz artıb.
Cari ilin yanvar-sentyabr aylarında ölkədə 3623 ədəd minik avtomobili istehsal olunub.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, minik avtomobil istehsalı 71,7 faiz (və ya 1513 ədəd) artıb.
2023-cü ildə isə ölkədə 2110 ədəd minik avtomobili istehsal olunub.
Ölkədə avtomobil istehsalında kəskin artımın qeydə alınması daxili bazarda qiymətlərə necə təsir göstərəcək?
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Trend-ə açıqlamasında yerli istehsalın aktual və vacib məsələ olduğunu deyib.
O bildirib ki, yerli avtomobillər digərlərinə nisbətən qiymət baxımından istehlakçılara daha ucuz başa gəlir: “Artıq, demək olar ki, taksi parkımız yenilənməkdədir.