Azərbaycanda bu məhsulun hasilatı 11 dəfə artıb

17.03.2025

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda mis konsentratının istehsalı 356,3 ton olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 dəfə çoxdur.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin ilk iki ayında Azərbaycanda 478,3 kq qızıl və 776,6 kq gümüş istehsal edilib. Qızıl istehsalı 81,4%, gümüş istehsalı isə 36,8% artıb.

Martın 1-nə olan məlumata görə, ölkədə 160,4 kq qızıl, 668,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 234,5 ton olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью