Azərbaycanda bu məscid təmir ediləcək

31.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Tarixi abidələrin müvafiq siyahısına daxil edilən Kürdəxanı qəsəbəsində yerləşən Soltan Əli məscidində mərhələli şəkildə bərpa və konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulur".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, XIX əsrə aid Soltan Əli məscidi yerli əhəmiyyətli tarix-memarlıq abidəsidir: "Hazırda qəzalı vəziyyətdə olan məscidin bərpası üçün dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulan layihələrin siyahısına daxil edilib. Məscidin bərpası investisiya layihələrinin icrası çərçivəsində planlaşdırılır".

Qeyd edək ki, yerli sakinlər sosial şəbəkələrdə məscidin qəzalı vəziyyətdə olması ilə bağlı narazılıqlarının paylaşıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью