Azərbaycanda bu məşhur layihə yenidən başlayır

13.08.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İllər əvvəl yayımlanan məşhur “Yeni ulduz” layihəsi yenidən başlayır.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, “SOY” prodakşının ərsəyə gətirdiyi layihə bu dəfə ARB TV-də yayımlanacaq.

“Yeni ulduz” yeni televiziya mövsümündə tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, “SOY” prodakşının rəhbəri, mərhum Oqtay Əliyev vəfatından əvvəl layihəni yenidən ekranlara qaytarmağı planlaşdırdığını açıqlamışdı. Onun vəfatından sonra Xalq artisti Mübariz Tağıyev də “Yeni ulduz” layihəsini yenidən həyata keçirmək planlarının olduğunu bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью