Azərbaycanda bu məşhur universitetə 1,4 milyonluq mebellər ALINACAQ

30.07.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) auditoriyaların, xidməti otaqların və müxtəlif təyinatlı məkanların komplektləşdirilməsi məqsədilə malların satın alınması üzrə açıq müsabiqə elan edib.

BAKU.WS-in məlumatına görə, Müsabiqənin məqsədi universitetin tədris və inzibati məkanlarının müasir tələblərə uyğun avadanlıqlarla təmin olunmasıdır.

Satınalma çərçivəsində müxtəlif təyinatlı mebel və avadanlıqların tədarükü nəzərdə tutulur.

Ümumi satınalma dəyəri 1.443.796,08 AZN təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью