Azərbaycanda bu müəllimlərin maaşı 1407 manatdır KONKRET

06.02.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

İbtidai sinif üzrə müəllimlərin əməkhaqqı əvvəl 748 manat idisə, sertifikasiyadan sonra 1 167 manat olub.

KONKRET.az unikal.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər əvvəl 841 manat maaş alırdısa, sertifikasiyadan sonra 1 355 manat, riyaziyyat fənni üzrə əvvəl 1 016 manat idisə, sonradan 1 407 manat, xarici dil üzrə 888 manat idisə, sonradan 1 342 manat olub:

Nazir qeyd edib ki, bu artımlar vergilər də daxil olmaqla olan rəqəmlərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью