Azərbaycanda bu nazirlik mindən çox mənzili satışa çıxara bilər

19.03.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzillərin real bazar qiymətinin müəyyən edilməsi üçün tender elan edib.

BAKU.WS-in əldə etdiyi məlumata əsasən, nazirlik bu mənzillərin qiymətləndirilməsi üçün xidmət satın almağı planlaşdırır. Bu addım həmin mənzillərin yaxın gələcəkdə satışa çıxarıla biləcəyi ehtimalını gücləndirir.

Müsabiqə çərçivəsində Bakı və digər şəhərlərdə yerləşən 70 binada, 69 fərqli tipdə ümumilikdə 1162 mənzilin qiymətləndirilməsi nəzərdə tutulur.

Əgər proses tamamlanarsa, bu, sosial mənzillərin və ya dövlət balansında olan digər yaşayış sahələrinin satışına hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər.

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью