Azərbaycanda bu ödənişlərə komissiya tətbiq edildi

01.04.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gündən etibarən eManat terminalları vasitəsilə Premium Bank kart və hesablarına mədaxil edilən vəsaitlərdən 1 faiz məbləğində xidmət haqqı tutulacaq.

Bakıvaxtı.az xəbər verir ki, eManat istifadəçilərə ünvanladığı məlumatda terminallar vasitəsilə həyata keçirilən bəzi əməliyyatlar üzrə yeni xidmət haqqının tətbiq olunacağını açıqlayıb.

Məlumata görə, digər ödəniş istiqamətləri üzrə tariflərdə dəyişiklik nəzərdə tutulmur. Qeyd olunur ki, xidmətlər əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. /musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью