Azərbaycanda bu park yenidən qurulur

24.10.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən park əsaslı şəkildə yenidən qurulur.

Axar.az Report-a istinadla xəbər verir ki, bir hektardan artıq ərazini əhatə edən parkda genişmiqyaslı yenidənqurma işləri aparılır.

Layihəyə əsasən, 6000 kvadratmetrdən çox ərazidə yeni yaşıllıq zolaqları salınacaq, müxtəlif növ ağaclar və dekorativ gül kolları əkiləcək. Sakinlərin rahat gəzintisi və istirahəti üçün parkın piyada yollarının 5000 kvadratmetrdən çox hissəsinə tamet plitələri döşənəcək, ərazidə müasir tipli oturacaqlar quraşdırılacaq. Həmçinin mövcud fəvvarələr müasir memarlıq üslubunda yenidən qurulur və ərazidə işıqlandırma sistemi tamamilə yenilənir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev parkda aparılan əsaslı yenidənqurma işləri ilə yaxından tanış olub. İcra başçısı işlərin müəyyən edilmiş müddətdə və yüksək keyfiyyətlə yekunlaşdırılması üçün məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Yenidənqurma işləri başa çatdıqdan sonra park sakinlərin və şəhərin qonaqlarının rahat istirahəti üçün müasir və abad məkana çevriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью