Azərbaycanda bu qurum 3 milyonluq texnika alacaq

18.04.2025

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti iri texnika alışına start verib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, qurum "Təkərli ekskavator yükləyiciləri"nin satın alınması məqsədilə açıq müsabiqə elan edib.

Müsabiqənin ümumi dəyəri 3 milyon 130 min manat təşkil edir. Alınacaq texnikalar su ehtiyatlarının idarə olunması sahəsində işlərin daha müasir və effektiv şəkildə aparılmasına şərait yaradacaq. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью