Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin noyabrın 12-də keçirilən birgə iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O deyib ki, buna paralel olaraq milli-mənəvi, tolerant, multikultural dəyərlərimizin təbliğ edilməsi qarşıda duran əsas prioritet istiqamətlərdəndir.
Komitə sədrinin müavini əlavə edib ki, Azərbaycanda təxminən 2500-ə yaxın məscid var: “Amma bizim təyin edilmiş din xadimlərimizin sayı təxminən 1300 nəfərdir. Bu isə o deməkdir ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir. Bu gün təyinat alan din xadimlərimizin təxminən üçdə birinin isə ümumiyyətlə nə ali, nə orta ixtisas dini təhsili yoxdur”.
G.İsmayılovun sözlərinə görə, xaricdə dini təhsil alıb Azərbaycana qayıdanların sayı isə ən azı 3500 nəfər civarındadır.
“Belə olan təqdirdə, xaricdə yaşayan soydadaşlarımızın Azərbaycanda dini təhsilə cəlb olunması əsas prioritetə çevrilir. Onların da sayı yüzlərlədir. Qarşımızda duran əsas məsələ bu sahədə ixtisaslı milli kadrların hazırlanmasıdır. Azərbaycanda yeganə ali dini təhsil müəssisəsi Azərbaycan İlahiyyat İnstitutu, orta ixtisas təhsil müəssisəsi isə onun tabeçiliyindəki Bakı İlahiyyat kollecidir. İlahiyyat İnstitutunun ilk məzunlarından artıq 50-si məscidlərdə təyinat alıb. Türkiyədə son bir ay ərzində iki məzunumuz təyinat alıb, üç məzunumuz isə Gürcüstanda dini sahədə fəaliyyətə başlayıb”, - Dövlət Komitəsi sədrinin müavini vurğulayıb.
Mürtəza