Azərbaycanda bu sahədə maaşlar 4 min manatdan yuxarıdır

12.09.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı il avqustun 1-i vəziyyətinə mədənçıxarma sənayesində orta aylıq nominal əməkhaqqı iyulun 1-i ilə müqayisədə 4317,3 manatdan 4267,6 manata düşərək 49,7 manat (1,15%) azalıb.
Bizim.Media xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin məlumatlarında öz əksini tapıb.
 

Maliyyə və sığorta fəaliyyəti sektorunda isə əksinə, cüzi artım müşahidə olunub: iyulun 1-də 3123,1 manat təşkil edən orta aylıq əməkhaqqı avqustun 1-nə 4.5 manat (0,14%) artaraq 3127,6 manata yüksəlib.


Qeyd edək ki, 2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1176,7 manat təşkil edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью