Azərbaycanda bu sahələrdə maaş 2 min manatdan yüksəkdir

21.05.2025

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda iki sahədə orta aylıq əməkhaqqı 2 min manatdan yüksəkdir. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sahələr maliyyə və sığorta fəaliyyəti, eləcə də mədənçıxarma sənayesi sahələridir. 


Maliyyə və sığorta fəaliyyəti sahəsində orta maaş 2 630 manat olub. Dövlət bölməsində orta maaş 3 338 manat, özəl bölmədə 2 474 manat təşkil edib. 


Mədənçıxarma sənayesində çalışanlar daha yüksək maaş alır. Onlarda orta əməkhaqqı 3 961 manatdır. Burada dövlət bölməsində orta maaş 2 446 manat, qeyri-dövlət bölməsində 4 756 manat olub. 


Altay
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью