Azərbaycanda bu sahəyə 2 milyardan çox pul xərcləndi

14.08.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 2 378,6 milyon manat təşkil edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi real ifadədə 10,4 faiz artıb. Marqarita pizza

Hesabat dövründə proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətləri 34,8 faiz, internet xidmətləri 22 faiz, informasiya xidmətləri isə 13,2 faiz artıb.

Beləliklə, ilin ilk yeddi ayında informasiya və rabitə sektorunda artım dinamikası davam edib.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью