Azərbaycanda bu şəxslər 2 min manatdan çox əmək haqqı alır KONKRET

25.11.2024

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin ilk 9 ayında Azərbaycanda muzdla çalışan işçilər arasında ən yüksək əmək haqqını xam neft və təbii qaz hasilatı sahəsinə işləyənlər alır.

KONKRET.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu sahədə işləyən muzdlu işçilər ayda orta hesabla 3 min 724,8 manat əmək haqqı alırlar.

Qeyd edək ki, ay ərzində 2 min manatdan yüksək əmək haqqını aşağıdakı sahələrdə işləyənlər alır:

Xam neft və təbii qaz hasilatı – 3 724,8 manat

Metal filizlərinin hasilatı – 2 141,4 manat

Su nəqliyyatının fəaliyyəti – 2 231,4 manat

Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa) – 2738,5 manat

Sığorta, təkrar sığorta və pensiya təminatı – 2 920,4 manat

Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət – 3230,6 manat

Reklam fəaliyyəti və bazarın öyrənilməsi – 2 215 manat

Qumar oyunlarının təşkili və mərс çəkmək üzrə fəaliyyət – 2 504,2 manat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью