Azərbaycanda bu şəxslərin maaşları 90 faiz artırıldı

24.01.2025

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Dövlət Universiteti əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 15% artırılıb.

Teleqraf.com-un əldə etdiyi xəbərə görə, bu barədə müvafiq qərar imzalanıb.

Qərara əsasən, ali məktəbin dekan və dekan müavinlərinin aylıq vəzifə maaşına 30%-ə qədər əlavə edilib.

Kafedra müdirlərinin - akademik qiymətləndirmə və keyfiyyət meyarları əsasında qiymətləndirilməsinə və dərs yükünə görə - aylıq vəzifə maaşı 20%-ə qədər artırılıb.

Tibb fakültəsinin professor-müəllim heyətinin aylıq vəzifə maaşına 40%-ə qədər əlavə edilib.

Tədrisi ingilis dilində olan ixtisaslarda tədrislə məşğul olan professor-müəllim heyətinin aylıq vəzifə maaşında artım isə 90%-ə olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью