Azərbaycanda bu telekanalın yayımı dayandırılır

02.06.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda "Match TV" kanalının yayımı dayandırılıb.

Modern.az xəbər verir ki, bu barədə izləyicilərə müvafiq bildiriş təqdim olunub.

Məlumata görə, "Match TV" kanalının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında" qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalın yayımı dayandırılıb.

Qeyd edək ki, "Match TV" 2015-ci ildən yayımlanan Rusiya telekanalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью