Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda satışda olan duru yağların (günəbaxan və qarğıdalı) əksəriyyəti bahalaşıb.
Qaynarinfo-nun məlumatına görə, bahalaşma ən çox Türkiyənin istehsalı olan yağlarda müşahidə edilir.
Bu gündən Türkiyənin istehsalı olan 1 litrlik "Kırlangıç" duru yağının (qarğıdalı) qiyməti 7,4 manat olub.
Bir ay əvvəl bazarda sözügedən yağın qiyməti 5.6-6.6 manat arasında dəyişirdi. Sözügedən yağın 2 litrinin qiyməti isə 14,4 manata yüksəlib.
Bir ay əvvəl bazarda bu çəkidə olan sözügedən brendə məxsus yağ 10,9-13,6 manat arasında dəyişirdi.
Aydın Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.