Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

14.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər.

"AzPolitika" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Hesablama Palatası ortamüddətli dövr üçün digər risklərin də dövlət maliyyəsinə təsirlərinin mümkünlüyünü qeyd edir.

Sənədə əsasən, ortamüddətli dövrdə istinad faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə formalaşması dəyişkən faizli xarici borc üzrə dövlət borcuna xidmət xərclərinin artmasına səbəb ola bilər. Cari ilin 1 oktyabr tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 48,8 %-ni təşkil edib.

Sənədə görə, ortamüddətli dövrdə müddəti başa çatan borc öhdəliklərinin təkrar maliyyələşdirilməsi zərurəti yüksək faizli yeni borclanmalar şəraitində dövlət borcuna xidmət xərclərinin artmasına səbəb ola bilər. 2026-cı ilin 1 oktyabr tarixinə daxili dövlət qiymətli kağızlarının 56 %-nin müddətinin 5 ilədək olması daxili dövlət borcunun əhəmiyyətli hissəsinin ortamüddətli dövrdə icrası zərurətinin yarana biləcəyini göstərir.

Xatırladaq ki, bu ilin 9 ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə artıqödəmələr ilin əvvəli ilə müqayisədə 339,9 milyon manat artaraq 2740,6 milyon manata yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью