Azərbaycanda cari ildə bu qədər sığorta haqqı toplanılıb

26.12.2024

Icma.az, Manset saytına istinadən bildirir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 79,3 milyon manat sığorta haqqı toplanıb.

Manset.az Trend-in Mərkəzi Bankdan əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon manat və ya 7% çoxdur.

Məlumata görə, sözügedən dövr ərzində ölkədə qeyri-həyat sığortası növlərinin hesabına isə 230,3 milyon manat sığorta haqqı toplanılıb ki, bu da bir il əvvələ nisbətən 8,8 milyon manat və ya 4% çoxdur.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 21,8% artaraq 4,2 milyon manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 27,3% artaraq 121,7 milyon manata bərabər olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью