Azərbaycanda çay istehsalı 2% ə yaxın azalıb

18.08.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əvvəlki ilin müvafiq dövrünə nisbətən çay istehsalında 1,9% azalma olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cari ildə ölkədə 6 milyon 537 min ton çay istehsal edilib. Avqustun 1-nə olan hazır məhsul ehtiyatı isə 174,1 ton təşkil edib.

Avqustun 1-nə kimi tarlalardan 849,8 ton (1,9 faiz çox) yaşıl çay yarpağı yığılıb.

Qeyd edək ki, yanvar-iyul aylarında Azərbaycandan 4 milyon 667.47 min ABŞ dolları dəyərində 531,3 ton çay ixrac edilib. İxracın həcmi illik müqayisədə 23,3%, dəyəri 19,5% artıb. Eyni dövrdə ölkəyə 48 milyon 723.70 min dollar dəyərində 8 min 124,6 ton çay idxal olunub ki, bu da illik müqayisədə dəyər ifadəsində 2,39%, həcm ifadəsində isə 3,97% artım deməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью