Azərbaycanda çay istehsalı 8 % dən çox azalıb

24.05.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 3 min 602 ton çay istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2 % azdır.

Mayın 1-nə ölkədə 48,5 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 39,1 % azdır.

Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью