Azərbaycanda çay istehsalı 8%dək artıb

26.11.2024

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında 10379,2 ton çay istehsal edilib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 7,6% artıb.

Məlumata görə, 1 noyabr tarixinə ölkədə hazır məhsul ehtiyatı 92,7 ton olub. 

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında ölkədən 5 milyon 484 min dollar dəyərində 622.9 ton çay ixrac edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью