Azərbaycanda cərimə balları silindi Sonra isə...

20.07.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrdə və mesajlaşma platformalarında “Bütün DYP cərimə balları sıfırlanır” məzmunlu məlumat geniş yayılıb. Yayılan iddiada sürücülərin cərimə ballarının tamamilə silinəcəyi bildirilir. Lakin hazırda bununla bağlı Daxili İşlər Nazirliyi və ya Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. Avtosfer.az xəbər verir ki, "Bakues" məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb.

Avtosfer.az xəbər verir ki, bir qədər əvvəl mərkəzi informasiya sistemində yaranmış texniki problem səbəbindən cərimə balları sıfır göstərilsə də, artıq problem aradan qaldırılıb və cərimə balları əvvəlki qaydada görünür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью