Azərbaycanda “cərimə çılğınlığı” İşçini ağcaqanaq dişləsə...

19.11.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, “Kontakt Home”un baş direktoru Həsən İsrafilzadə 2 000 min cərimə olunub. Cərimənin səbəbi isə işçisini pişik dişləməsi ilə bağlı hadisəni Əmək Müfəttişliyinə bildirməməsidir. 

Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri Natiq Cəfərli bu məsələyə sarkazmla yanaşaraq hadisəni “cərimə çılğınlığı” adlandırıb. 

“Cebheinfo.az” xəbər verir ki, Natiq Cəfərli özünün “facebook” hesabında yazıb:

“Azərbaycanda “cərimə çılğınlığı” davam edir. Bu günlərdə yeni, “pişik cəriməsi” də tədbiq edilib: “Kontakt Home”un baş direktoru Həsən İsrafilzadə 2 000 manat cərimə edilib. Səbəb də odur ki, işçisini pişik dişləməsi ilə bağlı hadisəni Əmək Müfəttişliyinə bildirilməyib. Buna görə Həsən İsrafilzadəyə cərimə yazılıb”.

“Açığı, hüquqşünas olmadığıma görə hansı qanunun, hansı maddəsinə görə bu cərimənin təyin edilməsini bilmirəm, amma, bu məntiqlə işçinin iş yerində, məsələn, ağcaqanad tərəfindən dişlənməsinə, qanının sorulmasına görə də cərimə düşürmü?! Bunu da Əmək Müfəttişliyinə bildirmək lazımdırmı?! Kimsə işdə digərini, Dədə Qorqud dastanında Beyrək Banıçiçəyə dediyi kimi, "üç öpüb bir dişləsə", bunu da Müfəttişliyə demək lazımdırmı, cəriməsi varmı?!”-deyə, N.Cəfərli baş verən hadisəyə münasibət bildirib.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью