Azərbaycanda çimərlik futbolu üzrə Super Liqa təşkil olunacaq

08.07.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda çimərlik futbolu üzrə Super Liqa təşkil olunacaq.

Çimərlik Futbolu Federasiyasından verilən məlumata görə, yarışda iştirak edəcək komandalar da müəyyənlşib.

Turnirdə 6 kollektiv mübarizə aparacaq.

Bunlar "Dirçəliş", "Yasamal-Baku Football Academy", "Çinar Zəngilan", "Rekord Klub 2019", "Marafon İdman Klubu 2015" və VTB komandalarıdır.

Qeyd edək ki, Super Liqa iyulun 11-15-i aralığında baş tutacaq.

​​​​​​"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью