Azərbaycanda cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişib

23.01.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Nazirlər Kabineti 13 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, Koordinasiya Şurasının iş Qaydası”nda dəyişiklik edib.

Missiya.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Şuraya sədrlik edən deputat Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəz edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью